İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca yerləşdiriləcək

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca yerləşdiriləcək
Yayınlanma tarixi: 12/5/2022 10:48:31 AM

İraq sərhəd qüvvələri İran və Türkiyə sərhədləri boyunca sıfır xətti qorumaq üçün yerləşdiriləcək.

İslamazeri.com xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, Silahlı Qüvvələrin Baş Komandanı sözçüsü general-leytenant Yəhya Rəsul Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şia əs-Sudaninin İran və Türkiyə sərhədləri boyunca, sıfır xəttini qorumaq üçün İraq sərhəd qüvvələrinin yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.

Yəhya Rəsul İraq torpaqlarından istifadə edərək qonşu ölkələrə hücumu qəbul etmədiklərini və icazə verməyəcəklərini vurğulayıb.

İraqın bütün qonşu ölkələrlə yaxşı münasibətləri olduğunu bildirən Yəhya Rəsul deyib:

"Biz əlaqələrimizi İraq və qonşu ölkələrin maraqlarına uyğun inkişaf etdirmək istəyirik".

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM