İrandan Səudiyyə Ərəbistanına dəniz xətti təklifi

İrandan Səudiyyə Ərəbistanına dəniz xətti təklifi
Yayınlanma tarixi: 11.04.2023 14:39:13

"Biz İran və Səudiyyə Ərəbistanı arasında birbaşa dəniz xətti açmağa hazırıq".

İslamazeri.com xəbər verir ki, Hörmüzqan Limanları və Dənizçilik şirkətinin baş direktoru Hüseyn Abbas Nejad deyib:

“Biz İran və Səudiyyə Ərəbistanı arasında birbaşa dəniz xətti açmağa hazırıq.

Hörmüzqan Limanları və Dənizçilik üzrə baş meneceri Hüseyn Abbas Nejad bildirib:

“İran və Səudiyyə Ərəbistanı arasında razılaşmadan əvvəl iki ölkə arasında məhdud ticarət əlaqələri var idi. İrandan ixrac edilən mallar BƏƏ vasitəsilə Səudiyyə Ərəbistanına göndərilib.

Hazırda iki ölkə arasında ticarət həcmi əhəmiyyətli bir rəqəmə çatmasa da, iş adamları Səudiyyə Ərəbistanı ilə idxal və ixracı asanlaşdırmaq üçün iki ölkə arasında birbaşa dəniz xəttinin yaradılmasını istəyirlər".

Hörmüzqan Limanları və Dəniz Baş Direktoru da bu qurumun iki ölkə arasında birbaşa dəniz xətti açmağa hazır olduğunu və bununla bağlı texniki problemin olmadığını bildirib.

GÜNÜN MANŞETLERİ