"Biz Hörmüz boğazını bağlamamışıq və gələcəkdə də bağlamayacağıq."
İslamazeri.com xəbər verir ki, İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şəkərci ölkəsinin Hörmüz boğazını bağlamadığını, lakin gəmilərin təhlükəsizliyinə görə məsuliyyət daşımayacağını bildirib.
Şəkərci Tehranın Hörmüz boğazını bağlamadığını və bağlamağı planlaşdırmadığını, lakin ABŞ və İsraillə əlaqəli gəmilərin İran üçün hədəf olacağını və digər gəmilərin təhlükəsizliyinə görə məsuliyyət daşımayacağını bildirib.
"Biz Hörmüz boğazını bağlamamışıq və gələcəkdə də bağlamayacağıq. Boğazdan keçmək istəyən heç bir gəmini saxlamayacağıq; lakin biz bunu açıq şəkildə bildiririk: İran gəminin, heyətinin və avadanlıqlarının təhlükəsizliyinə görə məsuliyyət daşımayacaq."
Şəkərci həmçinin İranın hədəf prioritetini də aydınlaşdıraraq bildirib ki, "İran yalnız ABŞ və İsraillə əlaqəli olan Hörmüz boğazından keçən gəmilərə hücum edəcək".