Bəqayinin açıqlamaları ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda olub.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Minabdakı bir məktəbi hədəf alan iki Tomahawk raketinin bölgədəki bir ölkədən atıldığını açıqladı. Bəqayi, ölkəsinin raketləri hansı ölkənin atdığını bildiyini deyib və hücumu "qəsdən edilmiş müharibə cinayəti" adlandırıb.
India Today-ə verdiyi müsahibədə BəqayiTehranla Vaşinqton arasında heç bir dialoq və ya danışıqların olmadığını söylədi. O, İran silahlı qüvvələrinin diqqət mərkəzində ərazisinin müdafiəsi olduğunu bildirdi.
İsmayıl Bəqayi, İranın ABŞ diplomatiyası təcrübəsini "çox mənfi" adlandırıb və buna görə də bildirib ki, Vaşinqtona etibar yoxdur. O deyib: "Doqquz ay ərzində iki dəfə hücuma məruz qaldığımız zaman danışıqlar prosesinin ortasında idik."
Tehran bu hücumlarda ölkənin müxtəlif yerlərində mülki hədəflərin vurulduğunu iddia edir. İran hökuməti isə cavab olaraq, İsrailin nəzarətində olan ərazilərdəki hərbi mərkəzləri və bölgədəki ABŞ bazalarını hədəf aldığını bildirir.
ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və Tehranın Vaşinqtonla razılığa gəlməyə hazır olduğunu bildirdi. Lakin İran bu açıqlamaları rədd edib və ABŞ ilə heç bir əlaqə olmadığını bildirib.
İrandakı Xatəmul-Ənbiya Qərargahının sözçüsü də ABŞ ilə danışıqların aparıldığı iddialarını təkzib edib.
Sözçü deyib: "ABŞ özü ilə danışıqlar aparır. Daxili münaqişələr bunu bu nöqtəyə gətirib çıxardı" və əlavə etdi: "Məğlubiyyətinizi razılaşma adlandırmayın".