İranda ziyarətgaha hücum edən terrorçu ölüb

İranda ziyarətgaha hücum edən terrorçu ölüb
Yayınlanma tarixi: 10/29/2022 12:44:40 PM

İranın Şiraz şəhərində İmamzadə Əhməd ibni Musa Kazimin (ə) ziyarətgahına hücum edən terrorçu həkimlərin səyinə baxmayaraq ölüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu barədə Fars əyaləti ostandarının müavini İsmayıl Muhibbipur açıqlama verib.

Muhibbipur jurnalistlərə açıqlamasında bildirib ki, terrorçu, zərərsizləşdirildiyi zaman yaralanmışdı və həkimlərin səyinə baxmayaraq, o bu gecə ölüb.

Qeyd edək ki, terrorçunun İmamzadəyə hücumunda 15 nəfər həlak olmuş və 40 mülki şəxs yaralanmışdı.

Terrorçunun kimliyi və hansı ölkə vətəndaşı olması barədə hələ dəqiq və rəsmi məlumat yoxdur.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM