İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Pekində iki ölkə arasında əldə olunan razılaşmaların son vəziyyətini müzakirə ediblər.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub.
Bu telefon danışığında iki ölkə arasında Pekində əldə olunan razılaşmaların son vəziyyəti müzakirə edilib.
Əmir Abdullahiyan, “İki ölkənin xarici işlər nazirlərinin görüşü və əlaqələrin bərpası, səfirlik və konsulluqlarının yenidən açılması və səfirlərin təqdimatı üçün texniki nümayəndə heyətlərinin göndərilməsi də daxil olmaqla, İran və Səudiyyə Ərəbistanı arasında sazişlərin irəliləyişindən məmnunluğunu ifadə edərək, “İran Səudiyyə Ərəbistanında siyasi və konsulluq nümayəndəliyinin rəsmi açılışı üçün lazımi hazırlıqları görüb”, - deyə qeyd edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan da Ər-Riyadın iki ölkə arasındakı münasibətlərin gələcəyinə müsbət baxdığını və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi üçün səy göstərdiyini vurğulayaraq, “Son iki ayda müsbət addımlar atdıq və öhdəliklərimizə sadiqik. Edilən razılaşmalar bizim qətiyyətimizi göstərir”, - deyə bildirib.