İran prezidenti İraqın məhkəmə heyətini qəbul edib.
İran prezidenti İbrahim Rəisi rəsmi səfəri çərçivəsində Tehrana gələn İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi rəsmi səfəri çərçivəsində Tehrana gələn İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan ilə görüşüb.
“İraq hökumətinin və məhkəmə sisteminin şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndisin qətli ilə bağlı işi izləmək və bu qətli törədənləri məsuliyyətə cəlb etmək iradəsi bizə aydındır”, - deyə Rəisi bildirib.
Tehran və Bağdad arasında enerji sahəsində hərtərəfli əməkdaşlığın davam etdiyini bildirən Rəisi, İraq hökumətinin üzərinə götürdüyü öhdəliklərə əməl etməli və bu öhdəliklərin icrasını sürətləndirməli olduğunu vurğulayıb.
İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan da İranla məhkəmə əlaqələri və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.