İran: Nüvə məsələsi 14 maddəlik təklifə daxil deyil

İran: Nüvə məsələsi 14 maddəlik təklifə daxil deyil
Yayınlanma tarixi: 5/4/2026 10:33:36 AM

İran: Nüvə məsələsi 14 maddəlik təklifə daxil deyil.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Pakistan vasitəsilə ABŞ-a təqdim etdiyi 14 bəndlik təklifi şərh edib.

İran dövlət televiziyasına danışan Bəqayi bildirib ki, Pakistan vasitəsilə təqdim edilən təklif müharibənin sona çatmasına yönəlib.

"ABŞ tərəfi təklif olunan planla bağlı fikirlərini Pakistan tərəfinə çatdırıb. Bu fikirlər hazırda araşdırılır və lazımi cavab veriləcək", - deyə o bildirib.

Bəqayi qeyd edib ki, İranın 14 bəndlik təklifi müharibənin sona çatmasına yönəlib və əlavə edib: "Təklif olunan çərçivə əsasən fasiləyə və ardınca detalları həll etmək üçün 30 günlük müddətə əsaslanır. Nüvə məsələsi bu bəndlərə daxil deyil".

Bəqayi həmçinin İranın Hörmüz boğazında minaları təmizləməyi öhdəsinə götürdüyü iddialarını da təkzib edib.

Bəqayi bildirib ki, Tehran ultimatumlar vasitəsilə danışıqları kökündən rədd edir və mümkün razılaşmanın qarantiyasının İranın yerdəki gücündən qaynaqlandığını qeyd edib.

GÜNÜN MANŞETLERİ