İran ilə İƏT arasında “Qərargah” sazişi imzalanıb

İran ilə İƏT arasında “Qərargah” sazişi imzalanıb
Yayınlanma tarixi: 1.11.2022 12:18:23

İslam Əməkdaşlıq Təşkilatının Assambleyalar İttifaqının baş katibi İran İslam Respublikasının bu birliyə verdiyi töhfələri və onun qərargahını qəbul etməsini yüksək qiymətləndirib.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Assambleyaları İttifaqının baş katibi və onu müşayiət edən nümayəndə heyətinin İranın Xarici İşlər Naziri ilə görüşündə İran və İslam Əməkdaşlıq Təşkilatı arasında “Qərargah” sazişi imzalanıb.

İslamazeri.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Assambleyalar İttifaqının baş katibi Məhəmməd Qureyşi Niyas və onu müşayiət edən nümayəndə heyəti Hüseyn Əmir Abdullahiyan ilə görüş keçirib.

Görüşdə müxtəlif məsələlər, o cümlədən üzv dövlətlər arasında parlament əməkdaşlığı, Fələstin məsələsi və Qərbin İslam ölkələrinə qarşı sui-qəsdləri müzakirə edilib. 

İranın xarici işlər naziri İslam ölkələrinin parlamentlərinin rolunun vacibliyinə toxunaraq, qanunvericilik prosesi və üzv ölkələr arasında vahid prosedurun yaradılmasını vurğulayıb.

Əmir Abdullahiyan həmçinin İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin Şirazın Şahçeraq ziyarətgahında törədilən terror aktını pisləməsini yüksək qiymətləndirib.

İslam Əməkdaşlıq Təşkilatının Assambleyalar İttifaqının baş katibi İran İslam Respublikasının bu birliyə verdiyi töhfələri və onun qərargahını qəbul etməsini yüksək qiymətləndirib.

GÜNÜN MANŞETLERİ