İran hava məkanı tamamilə bağlanıb

İran hava məkanı tamamilə bağlanıb
Yayınlanma tarixi: 2/28/2026 12:30:01 PM

İran hava məkanını tamamilə bağladı.

İslamazeri.com xəbər verir ki, İrandan gələn ilkin məlumatlar Tehran, Qum, İsfahan və Kermanşah kimi strateji şəhərlərdə baş verən şiddətli partlayışları təsdiqləyir.

Yerli mənbələr İnqilab Keşikçiləri daxilində onlarla itki olduğunu və hücumun ilkin mərhələsində əsas şəxslərin hədəf alındığını bildirir.

İranda hava məkanının tamamilə bağlandığı, rabitə şəbəkələrinin sıradan çıxarıldığı və Tehran Fond Birjasının iqtisadi panikanın qarşısını almaq üçün fəaliyyətini dayandırdığı bildirilib.

İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi hücuma cavab olaraq işğalçı qüvvələrə sərt xəbərdarlıq edərək bildirib: "Siz nəticəsi sizin əlinizdə olmayan bir yola qədəm qoymusunuz".

Müharibə naziri İsrael Katz əməliyyatın başlamasından sonra ölkə daxilində fövqəladə vəziyyət əmri imzalayıb.

Daxili Cəbhə Komandanlığı vətəndaşlara təhlükəsiz zonalarda qalmağı tapşırıb, məktəblər, müəssisələr və bütün ictimai fəaliyyətlər bağlanıb.

Ben Qurion Hava Limanı və İsrail hava məkanı mülki uçuşlar üçün tamamilə bağlanıb. Yüksək vəzifəli nazirlərə "qırmızı telefonlar" verilib və əməliyyatın məxfiliyini qorumaq üçün bütün kabinet üzvlərinə mətbuatla danışmaq qadağan edilib.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM