İran: ABŞ bazaları və İsrail bizim qanuni hədəflərimizdir

İran: ABŞ bazaları və İsrail bizim qanuni hədəflərimizdir
Yayınlanma tarixi: 2/28/2026 4:32:23 PM

İranın Xatəmül-Ənbiya Mərkəzi Komandanlığı son hərbi inkişaflarla bağlı kritik bir bəyanat yaydı.

İslamazeri.com xəbər verir ki, bəyanatda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara cavab olaraq, bölgədəki Amerika qüvvələrinə məxsus bütün işğal olunmuş ərazilər və bazaların İran raketlərinin böyük zərbələri ilə hədəfə alındığı bildirilib.

Bəyanatda daha sonra vurğulanıb ki, bu hərbi əməliyyat düşmən son məğlubiyyətə uğrayana qədər fasiləsiz davam edəcək.

Qərargah Amerika ordusunun və sionist rejimin təcavüzkar mövqeyinə istinad edərək, bundan sonra işğal olunmuş ərazilərlə yanaşı, bölgədəki bütün Amerika bazalarının, resurslarının və iqtisadi maraqlarının İran İslam Respublikası Silahlı Qüvvələri üçün "qanuni hədəf" hesab edildiyini bildirib.

İran Xatəmül-Ənbiya Mərkəzi Komandanlığı bəyanatını ictimaiyyətə müraciət edərək qəhrəman və cəsur İran xalqını sakitliyini qorumağa çağıraraq yekunlaşdırıb.

Bəyanat "Silahlı qüvvələrimiz ölkəmizi, millətimizi və milli maraqlarımızı qətiyyətlə və güzəştsiz şəkildə müdafiə etməyə davam edəcək" sözləri ilə başa çatıb.

GÜNÜN MANŞETLERİ