İnqilab Keşikçilərindən İsrailə qarşı “Nəsr Əməliyyatı"

İnqilab Keşikçilərindən İsrailə qarşı “Nəsr Əməliyyatı
Yayınlanma tarixi: 6/8/2026 10:20:01 AM

İnqilab Keşikçilərindən İsrailə qarşı “Nəsr Əməliyyatı

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin İrandakı bəzi radar obyektlərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq “Nəsr Əməliyyatı”nın başladıldığını və İsraildə yerləşən Nevatim və Tel Nof hava bazalarının hədəfə alındığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi “Nəsr Əməliyyatı” adlanan yeni hərbi əməliyyatın başladığını elan edib.

Açıqlamada bildirilib ki, İnqilab Keşikçilərinin Hava-Kosmik Qüvvələri əməliyyata “Ya Heydəri-Kərrar” şüarı ilə və 12 günlük müharibədə şəhid olanların xatirəsinə başlayıb.

İnqilab Keşikçiləri Korpusu əməliyyat çərçivəsində İsraildəki strateji hava bazalarının və onların daxilində yerləşən mühüm mərkəzlərin hədəfə alındığını bildirib.

Məlumata görə, əməliyyat İsrailin İranın üç fərqli bölgəsində yerləşən radar obyektlərinə raket hücumlarına cavab olaraq həyata keçirilib.

İnqilab Keşikçiləri hücumlara sürətli cavab verilməsinin və geniş hədəf siyahısından istifadə olunmasının əməliyyatın əsas xüsusiyyətlərindən biri olduğunu qeyd edib.

Həmçinin açıqlamada bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun bütün döyüş və əməliyyat bölmələri mümkün hadisələrə qarşı tam hazırlıq vəziyyətindədir, müxtəlif ssenarilər üzrə planlaşdırmalar tamamlanıb və zərurət yaranacağı təqdirdə daha genişmiqyaslı əməliyyatlar həyata keçirilə bilər.

GÜNÜN MANŞETLERİ