İlham Əliyev və xanımı Xocavənd rayonuna səfər ediblər

İlham Əliyev və xanımı Xocavənd rayonuna səfər ediblər
Yayınlanma tarixi: 5/5/2023 11:23:12 AM

İlham Əliyev və xanımı Xocavənd rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

İslamazeri.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM