İlahi məhəbbəti əldə etməyin yolu

İlahi məhəbbəti əldə etməyin yolu
Yayınlanma tarixi: 8.10.2022 13:11:39

İslamazeri.com-un Din rubrikasından...

İlahi məhəbbətin əldə edilmə yolu və onun gücləndirilməsi qəlbi dünyəvi məşğuliyyətlərdən paklaşdırmaq, dünyadan üzülüb, Allaha tərəf hərəkət etməkdən ibarətdir.

Bu da Allahı fikirləşmək və Onu yad etməklə müyəssər olur və Ondan başqasının sevgisini qəlbdən xaric etməklə kamilləşir. Çünki qəlb, içində olan su boşalmayınca sirkəni qəbul edə bilməyən bir qaba bənzəyir. Allah taala heç bir insanın daxilində iki qəlb qərar verməmişdir.

Məhəbbətin kamilliyi Allah taalanı bütün qəlblə sevməkdir. Çünki insan başqa birisinə diqqətli olduqda, qəlbinin guşəsi həmin şəxsə məşğul olur. Allahdan başqasına məşğul olduğu qədər də ilahi məhəbbətdən azalır. Lakin Allahdan başqasına diqqət və sevginin həmin şəxsin Allah taalanın yaratdığı, işi və adlarından biri kimi təzahür olunur, bir sözlə, insan Peyğəmbərləri, İmamları və övliyanı sevdiyi kimi həmin şəxsi də Allah üçün və Allah yolunda sevsin.

Mənbə: Seyid Abdullah Şübbər "Əxlaq", səh.426

İslamazeri.com

GÜNÜN MANŞETLERİ