İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək

İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək
Yayınlanma tarixi: 21.05.2024 02:32:46

İran prezidenti Seyid İbrahim Rəisi 23 may tarixində Məşhəd şəhərində dəfn ediləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Möhsün Mənsuri məlumat verib.

“Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı günü İmam Rza (ə) hərəmində baş tutacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, mərhum prezident Rəisi əvvəllər Məşhəd şəhərindəki İmam Rza (ə) hərəm kompleksinin başçısı olub.

GÜNÜN MANŞETLERİ