HƏMAS-ın hərbi qolu “Kətaib əl-Qəssam” bu hərəkatın yaranmasının ildönümündə İsrail ordusundan ələ keçirdikləri silahlardan birini nümayiş etdirməklə sionistləri təəccübləndirib.
İslamazeri.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Kölgə” bölməsi dünən axşam Həmas-ın yaranmasının 35-ci ildönümündə qənimət götürülən bir silahı nümayiş etdirməklə İsrail rejimini təəccübləndirib.
Kətaib əl-Qəssam kölgə bölməsinin komandirlərindən biri deyib:
"2014-cü il avqustun 1-də hərbçilərimiz bu silahı İsrailin “Hadar Golden” adlı zabitindən ələ keçiriblər".