Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, Suriyanın Beyrutdakı səlahiyyət müddətini başa vuran səfiri ilə keçirdiyi görüşdə, müqavimətə verdiyi dəstəyə görə Suriyaya təşəkkür edib.
İslamazeri.com xəbər verir ki, Livan mediasının məlumatına görə, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Suriyanın Beyrutdakı səlahiyyət müddətini başa vuran səfiri Əli Əbdülkərim Əli ilə görüşüb.
Görüşdə Həsən Nəsrullah Suriya səfiri Əbdül Kərim Əlinin bütün daxili və xarici təzyiqlərə baxmayaraq Beyrut və Dəməşq arasında əlaqələrin möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.
Nəsrullah diplomatik fəaliyyəti zamanı müqavimət qüvvələrinin yanında olan Suriya səfirinə təşəkkür edib.
Hizbullah lideri iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.