Həzrəti Əbəlfəzl (ə) hərəmi 148 mindən çox insana yemək ehsan edib

Həzrəti Əbəlfəzl (ə) hərəmi 148 mindən çox insana yemək ehsan edib
Yayınlanma tarixi: 4.11.2022 12:36:51

Nahar və şam yeməkləri hər həftə əvvəlcədən hazırlanmış menyulara əsasən hazırlanır və İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəzl (ə) zəvvarlarına ehsan edilir.

Həzrəti Əbəlfəzl (ə) hərəmində həftə ərzində 148 mindən çox insana yemək ehsan edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Həzrəti Əbəlfəzl (ə) hərəminin Qidalanma bölməsinin rəsmisi Həsən Muhəmməd Haşim bildirib ki, bazar günündən çərşənbə gününə qədər olan adi günlərdə hər gün 10 mindən çox, ziyarətçi axınının şahidi olan cümə axşamı, cümə və şənbə günlərinə gəlincə isə, hər gün 36 mindən çox yemək paylanılıb.

Muhəmməd Haşim bildirib ki, nahar və şam yeməkləri hər həftə əvvəlcədən hazırlanmış menyulara əsasən hazırlanır və İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəzl (ə) zəvvarlarına ehsan edilir.

GÜNÜN MANŞETLERİ