Həzrəti Əbəlfəz (ə) hərəmi terror qurbanları üçün qəbiristanlıq inşa etdirir.
İslamazeri.com xəbər verir ki, Həzrət Əbəlfəz (ə) hərəminin Mədəniyyət və Əqli İşlər Şöbəsinə bağlı İraq Ekstremist Cinayətlərin Sənədləşdirilməsi Mərkəzi devrilmiş Baas rejimi və təkfirçi terrorun qurbanları üçün mərkəzi qəbiristanlıq ayrılacağını açıqlayıb.
İraq Ekstremist Cinayətlərin Sənədləşdirilməsi Mərkəzinin direktoru Mətbuat konfransında Dr. Abbas əl-Qureyşi ölkədə ilk dəfə həyata keçirilən bu araşdırma ilə bağlı bildirib:
"İraq kütləvi məzarlıqların ən çox olduğu ölkələrdən biridir. Buna görə də cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün dərslər çıxarmaq və ilham almaq vacibdir.
Speicher qərargahının qətliamında (2014-cü ildə İŞİD tərəfindən törədilib) 2156 gənc öldürülərək səhranın ortasında qalıb. Həkim qrupları qurbanların cəsədlərini tapmaqda çətinlik çəkib.
Həzrəti Əbəlfəzlin (ə) müqəddəs hərəmi Bados həbsxanasının sonradan aşkar edilən bütün qurbanları üçün mərkəzi kütləvi məzarlıq təsis etmək üçün yardım ayırıb.
Müqəddəs ziyarətgah diktatura rejimi və təkfirçi qrupların qətli qurbanları üçün mərkəzi qəbiristanlığın tikintisi layihəsini öz üzərinə götürüb.
Beləliklə, bu qəbiristanlıq İraqlıların məruz qaldıqları qətllərin, cinayətlərin və qırğınların nə dərəcədə şiddətli olduğunun şahidi olacaq”.