"Həşdi-Şabi" lideri İraqın müdafiə naziri ilə görüşüb

Yayınlanma tarixi: 1/6/2023 12:27:57 PM

"Həşdi Şabi" lideri Falih əl-Fəyyad İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, "Həşdi-Şabi" lideri Falih əl-Fəyyad dünən İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.

İraq mediasının məlumatına görə, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:

"Bu görüşdə ordu ilə Haşdi Şabi qüvvələri arasında terrorizm və gizli terror hüceyrələrinin məhv edilməsi üçün birgə əməkdaşlıq müzakirə edilib".

Qeyd edək ki, İraq ordusu və Həşdi-Şabi İŞİD qalıqlarının məhv edilməsi üçün müxtəlif bölgələrdə birgə əməliyyatlar keçirir.

İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM