Hərbi qulluqçumuz erməni təxribatı nəticəsində şəhid olub

Hərbi qulluqçumuz erməni təxribatı nəticəsində şəhid olub
Yayınlanma tarixi: 13.05.2023 09:03:52

Qarayev Məhəmməd Mahir oğlu şəhid olub

İslamazeri.com xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

GÜNÜN MANŞETLERİ