Güzdəkdə qanunsuz tikilən obyekt sökülüb

Güzdəkdə qanunsuz tikilən obyekt sökülüb
Yayınlanma tarixi: 21.02.2023 12:01:25

Güzdəkdə qanunsuz tikilən obyekt sökülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN)Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

İslamazeri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaş Səbzəliyev Araz Sifariz oğluna məxsus ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

GÜNÜN MANŞETLERİ