Gədəbəydə polis özünü güllələyib

Gədəbəydə polis özünü güllələyib
Yayınlanma tarixi: 2.01.2023 10:09:14

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən "İslamazeri.com"a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ