Fransa telekanalının "Kürdüstan xəritəsi" qalmaqalı

 Fransa telekanalının
Yayınlanma tarixi: 7.01.2023 12:26:43

Fransanın “France 24” telekanalı qalmaqallı xəbər yayıb.

İslamazeri.com xəbər verir ki, Fransa telekanalı Türkiyənin, İranın və Suriyanın bir hissəsini “qondarma Kürdüstan” kimi göstərən xəritədən istifadə edib.

Fransanın "France 24" telekanalı terror təşkilatının orqanı kimi çıxış edərək qalmaqallı xəbər yayıb.

Hazırlanan xüsusi xəbərdə Türkiyinin, İranın və Suriyanın bir hissəsi “qondarma Kürdüstan” kimi göstərilib.

Qalmaqal bununla da bitməyib.

Terror təşkilatı PKK yalnız Türkiyə tərəfindən terror təşkilatı kimi göstərilib.

Avropa İttifaqının terror təşkilatları siyahısında da yer aldığına işarə edilməyən əli qanlı terror təşkilatı PKK-ya açıq dəstək verilib.

Qalmaqallı xəbərdə tez-tez bölücü terror təşkilatının quldurbaşının və "bayraq" görüntülərindən istifadə olunub.

12 dəqiqəlik xüsusi xəbərin Fransada terror təşkilatına reaksiyanın artdığı bir vaxtda PKK tərəfdarlarının Paris küçələrini döyüş meydanına çevirməsindən sonra yayımlanması diqqət çəkib.

Fransız mətbuatının belə xəbərlərlə terror təşkilatı PKK-ya qarşı ictimai reaksiyanı azaltmağı hədəflədiyi düşünülür.

GÜNÜN MANŞETLERİ