Frankfurt-Astana təyyarəsi Bakıda təcili eniş edib

Frankfurt-Astana təyyarəsi Bakıda təcili eniş edib
Yayınlanma tarixi: 4.01.2023 10:14:40

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "İslamazeri.com"a verilən məlumata görə, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

GÜNÜN MANŞETLERİ