"Əfqanıstanın ABŞ-ın əməkdaşlığına ehtiyacı yoxdur!"

Yayınlanma tarixi: 7.11.2022 11:43:16

Əfqanıstandakı Taliban hökumətinin sözçüsü ABŞ prezidenti Co Baydenin Əfqanıstanla bağlı açıqlamalarına reaksiya verərək deyib: “Bu ölkənin ABŞ-ın əməkdaşlığına ehtiyacı yoxdur”.

İslamazeri.com xəbər verir ki, Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid ABŞ prezidenti Co Baydenin bazar günü “Əfqanıstan azad edildi” bəyanatına reaksiya verərək, “Bu ölkə təhlükəsiz yerdir və Əfqanıstanın Amerikanın əməkdaşlığına ehtiyacı yoxdur”, - deyə bildirib.

Amerikanın Əfqanıstanı işğal etməsinə toxunan Zəbihullah Mücahid bu ölkənin xalq tərəfindən dəstəkləndiyini bildirib.

Əfqanıstandakı bəzi KİV-lər də Amerika prezidentinin Əfqanıstanla bağlı son açıqlamalarına reaksiya verərək, Baydenin məntiqdən uzaq fikirlər söylədiyini və belə cəfəngiyyatın gözlənilməyəcəyini yazıblar.

Xəbərlərdə bildirilib ki, “Co Bayden” Amerikanın Əfqanıstandakı məğlubiyyətinə və uğursuzluğuna məntiqsiz sözlərlə haqq qazandırmaq istəyir.

GÜNÜN MANŞETLERİ