Əfqanıstanda nazirliyə məxsus avtobus partladılıb

Əfqanıstanda nazirliyə məxsus avtobus partladılıb
Yayınlanma tarixi: 2.11.2022 12:47:19

Əfqanıstanın paytaxtı Kabildə Kənd Təsərrüfatı və İnkişaf Nazirliyinin əməkdaşlarını daşıyan avtomobil keçdiyi zaman yolun kənarına döşənmiş minaların partlaması nəticəsində 8 nəfər xəsarət alıb.

İslamazeri.com xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Yerli vaxtla saat 08:30 radələrində Kabilin beşinci rayonundakı Silo küçəsində yol kənarına qoyulmuş minalar Kəndlərin Bərpası və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtomobil keçərkən işə düşüb.

Kabil polisinin sözçüsü Xalid Zadran, "Kabilin beşinci təhlükəsizlik zonasında Kəndlərin Bərpası və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtomobildə baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb", - deyə bildirib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.

GÜNÜN MANŞETLERİ