Əfqanıstanda 2,3 milyon uşaq aclıqla üz-üzədir.
Əfqanıstan əhalisinin təxminən 90%-i, o cümlədən də uşaqlar yoxsulluqla üz-üzədir.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Uşaq Fondundan (UNICEF) məlumat verib.
Qeyd edilib ki, 2023-cü ildə 2,3 milyon uşaq doyunca yemək yeyə bilməmək (aclıq) təhlükəsi ilə üzləşə bilər. Üstəlik 175 min uşağın da həyat üçün təhlükəli həddə olan yemək çatışmazlığı ilə müalicəyə ehtiyacı var.
“Dərin böhranda olan, humanitar faciə və iqlim dəyişikliyi kimi təbii fəlakətlərin nəticələri ilə mübarizə aparan, insan haqlarının kobudcasına pozulduğu” Əfqanıstan barədə danışarkən “bir çoxları bu ölkədə uşaq hüquqları ilə bağlı da böhranın olduğunu unudurlar və həmin bu böhran yalnız-yalnız dərinləşməkdədir“.
Bildirilib ki, car ildə 140 min hamilə və övladına süd verən qadın yarıac-yarıtoxluqdan əziyyət çəkəcək.