FHN Şərurda baş verən yanğın barədə məlumat yayıb

FHN Şərurda baş verən yanğın barədə məlumat yayıb
Yayınlanma tarixi: 12.05.2023 15:25:29

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyi Şərur şəhərində baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48m² olan ikiotaqlı mənzilin bir otağı 18m² sahədə yanıb, mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ