FHN: Ötən sutka 36 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutka 36 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Yayınlanma tarixi: 3.03.2023 11:01:23

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 36 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 6 nəfər, o cümlədən Ağdaş rayonunun Yuxarı Ləki kəndində "ВАЗ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.

GÜNÜN MANŞETLERİ