FHN: Ötən gün 11 nəfər xilas edilib

FHN: Ötən gün 11 nəfər xilas edilib
Yayınlanma tarixi: 12.05.2023 10:49:20

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İslamazeri.com FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər xilas edilib, Bakı şəhərinin Nəsimi rayonunda “ВАЗ” markalı minik avtomobilində baş verən yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

GÜNÜN MANŞETLERİ