Feysəl Miqdad: Suriya hər zaman Fələstini dəstəkləyir

Feysəl Miqdad: Suriya hər zaman Fələstini dəstəkləyir
Yayınlanma tarixi: 12/13/2022 11:20:44 AM

Suriya xarici işlər naziri Dəməşqin Fələstin məsələsinə dəstəyinin davam etdiyini vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad Fələstin Milli Məclisinin sədri Ruhi Fəttuh ilə görüşündə, bölgədəki son hadisələri, xüsusilə də sionistlərin davam edən cinayətləri və qətllərinin kölgəsində Fələstin səhnəsini müzakirə edib və dəyərləndirib.

Əl-Miqdad bu görüşdə bir daha vurğulayıb ki, o, işğalçıların işğal olunmuş Fələstində məktəblərin sökülməsindən tutmuş immiqrantlar üçün qəsəbələrin salınmasına, uşaqların və günahsız fələstinlilərin öldürülməsinə qədər bütün hərəkətlərini pisləyir.

O, bu cinayətləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi səciyyələndirdi və Suriyanın Fələstinə dəstəyini və Fələstin məsələsinin ərəb və beynəlxalq səviyyədə mərkəzi olduğuna qəti inamını təkrarlayıb.

Fələstin Milli Məclisinin sədri Ruhi Fəttuh da Suriya xarici işlər nazirinə Fələstin səhnəsindəki son vəziyyət və Fələstin xalqının sionistlərin hərəkətlərinə qarşı fədakarlıqları barədə məlumat verib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM