Dünən 250 min fələstinli sionist rejim ordusunun ağır qadağalarına baxmayaraq, mübarək Ramazan ayının ikinci cümə namazını qılmaq üçün Məscidül-Əqsaya gedib.
İsrail rejiminin təhlükəsizlik tədbirlərinə baxmayaraq, yüz minlərlə fələstinli mübarək Ramazan ayının ikinci cümə namazını Məscidül-Əqsada qılıb.
İslamazeri.com xəbər verir ki, dünən 250 min fələstinli sionist rejim ordusunun ağır qadağalarına baxmayaraq, mübarək Ramazan ayının ikinci cümə namazını qılmaq üçün Məscidül-Əqsaya gedib.
Qüds İslami Vəqflər İdarəsi dünən 250 min fələstinlinin cümə namazını Məscidül-Əqsada qıldığını açıqlayıb.
Fələstinin Şahab xəbər agentliyi işğalçı rejim əsgərlərinin tətbiq etdiyi təhlükəsizlik məhdudiyyətləri ilə bağlı yazıb:
“Minlərlə fələstinlinin müqəddəs Ramazan ayının ikinci cümə namazını qılmaq üçün İordan çayının qərb sahilindən işğal altındakı Qüdsə girişinə məhdudiyyətlər qoyulub.
Bu gün səhər saatlarından etibarən fələstinlilər cümə namazı üçün Məscidül-Əqsaya daxil olmaq üçün İordan çayının qərb sahilindəki ərazilərdən Qüds şəhəri ətrafındakı hərbi nəzarət məntəqələrinə köçüblər”.