Daşkəsəndə internetin verilməsində problemlər yaranıb

Daşkəsəndə internetin verilməsində problemlər yaranıb
Yayınlanma tarixi: 5.01.2023 16:43:56

Buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

İslamazeri.com xəbər verir ki, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və emaillərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.

GÜNÜN MANŞETLERİ