BMT nümayəndəsi İmam Hüseyn (ə) hərəminin rəsmilərinə məktub ünvanlayıb

BMT nümayəndəsi İmam Hüseyn (ə) hərəminin rəsmilərinə məktub ünvanlayıb
Yayınlanma tarixi: 12/24/2022 3:37:33 PM

Bu yaxınlarda İmam Hüseynin (ə) müqəddəs hərəmini ziyarət edən BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Cenin Hennis Plasxart məktubunda bu ziyarətgah rəsmilərinin qonaqpərvərliyinə görə minnətdarlığını bildirib.

İslamazeri.com xəbər verir ki, Plasxartın İmam Hüseynin (ə) hərəminin rəsmilərinə ünvanladığı məktubda deyilir:

Plasxartın İmam Hüseynin (ə) hərəminin rəsmilərinə ünvanladığı məktubda deyilir: "Mən İmam Hüseynin (ə) hərəmində olarkən xoş qonaqpərvərliyinizə, hərəmin rəhbəri Şeyx Əbdül-Mehdi Kərbəlayi ilə görüşdə və beynəlxalq xərçəng müalicəsi mərkəzi "Varis"ə səfərdə məni müşayiət etdiyinizə görə minnətdarlığımı bildirirəm.

O, məktubda belə davam edir: "Bu, gözəl mənəvi təcrübə idi və biz "Varis" Mərkəzinin humanitar fəaliyyətinə heyran qaldıq. Hamınıza uğurlar və humanitar xidmətin davamlı inkişafı və birlikdə sülh içində yaşamanızı arzulayıram".

Deməliyəm ki, 2022-ci il dekabrın 11-də hicabla Kərbəlaya gedən BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi İmam Hüseynin (ə) hərəmində iştirak edib və hərəmin müxtəlif yerlərini ziyarət edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM