Bakıda TÜRKPA-nın komissiya iclası keçirilir

Bakıda TÜRKPA-nın komissiya iclası keçirilir
Yayınlanma tarixi: 6.03.2023 11:20:56

Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak edirlər.

Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilir.

İslamazeri.com xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak edirlər.

İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun layihəsi, komissiyanın 9-cu iclasının yeri, tarixi və gündəliyi ilə yanaşı bir sıra məsələlərin müzakirəsi gözlənilir.

GÜNÜN MANŞETLERİ