Bakıda binada yanğın olub.
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzilin eyvanında həcmi 5 litr olan propan qaz balonunun başlıq hissəsindən sızan maye qaz yanıb.
İslamazeri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan eyvanın lambirdən ibarət üzlüyü 2 m² sahədə əriyib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.