Bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Azərbaycanın azad edilmiş ərazilərində "Azərişıq" ASC-nin 750-yə yaxın abonenti var.
İslamazeri.com xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.
A.Məmmədzadə əlavə edib ki, onların əksər hissəsi qeyri-əhali abonentlərdir:
"Sevindirici haldır ki, azad edilmiş ərazilərdə əhali qrup abonentlərimiz var. Ümumilikdə bu ərazilərdə abonentlərimizin olması elektirik təchizatı və sərfiyyatını hesablamağa imkan verir".
ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib ki, 2022-ci ilin sonuna "Azərişıq" ASC-nin 2 milyon 882 min 602 abonenti var.
V.Nəbibəylinin sözlərinə görə, bu abonentlərin təxminən 6 %-i qeyri-əhali qrupuna daxildi: "Son məlumata görə, abonentlərimizin təxminən 182 mini qeyri-əhali qrupu abonentləridir".