Azərbaycanda unun qiyməti ucuzlaşdı

Azərbaycanda unun qiyməti ucuzlaşdı
Yayınlanma tarixi: 5.01.2023 10:37:49

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.

“İslamazeri.com” xəbər verir ki, bir kisəsi 41 manata olan unun qiyməti bu gündən 38 manata endirilib.

Bildirilib ki, bölgələrdə artıq satış qiymətləri aşağı salınıb.

Şirvanda əvvəllər 41-42 manata satılan 50 kq un bu gündən 38 manat, bəzi yerlərdə isə 38,70 manatdan satışa çıxarılıb.

Sumqayıt şəhərində də unun qiymətində enmə müşahidə edilir. 45 kq-lıq unun bir kisəsi 35 manat 50 qəpiyə müştərilərə təklif edilib. Şəhərin digər marketlərində 50 kq-lıq un 38 manatdan alıcılara verilib.

GÜNÜN MANŞETLERİ