Azərbaycanda gov.az domeninin 40-a yaxın saxta oxşarı bloklanıb

Azərbaycanda gov.az domeninin 40-a yaxın saxta oxşarı bloklanıb
Yayınlanma tarixi: 23.12.2022 12:06:01

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

İndiyə qədər hakerlər "gov.az" domeninin 40-a yaxın saxta oxşarını hazırlayıb və onlar bloklanıb.

İslamazeri.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, hazırda "gov.az" domen zonasında dövlət qurumlarına aid 730 domen və 1 310 subdomen var.

"Qeyd etdiyim 730 domen adına bağlı informasiya ehtiyatlarının 540-ı hazırda bizim data mərkəzində ödənişsiz saxlanılır", - deyə idarə rəisi əlavə edib.

GÜNÜN MANŞETLERİ