Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Yayınlanma tarixi: 5/12/2023 12:23:03 PM

Bunu nazir Mikayıl Cabbarov Tviterdə bildirib.

2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb və bu il mayın 1-nə 1 713 min olub.

İslamazeri.com” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tviterdə bildirib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib.

“Qanuni əmək münasibətləri sosial hüquqların təminatında, əmək bazarında şəffaflaşmada, məşğulluğun təşviqində üstünlüklər yaradır”, - deyə nazir qeyd edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM