Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 31.03.2023 16:38:23

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 156 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 386 nəfərdir.

Ölkədə son sutka ərzində 792, hazırkı dövrədək isə 7 558 593 test aparılıb.

GÜNÜN MANŞETLERİ