"Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünə hazırıq"

Yayınlanma tarixi: 8.03.2023 15:58:39

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün təşkilinə də hazırıq".
İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran Suriya ilə Türkiyə arasında vasitəçi olmağa hazırdır: “Suriya və Türkiyə regionun iki vacib dövlətidir. İran Suriya, Türkiyə və Rusiyanın da iştirak etdiyi üçtərəfli formata qoşulmağa da hazırdır. Bölgədə altılıq platforması layihəsi həm Türkiyənin, həm də İranın marağındadır”.

GÜNÜN MANŞETLERİ