"Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırılır"

Yayınlanma tarixi: 4.11.2021 17:52:18

Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edib. 

İslamazeri.com-un "Oxu.az"-a istinadən verdiyi  məlumata əsasən, Ş.Mövsümov deyib ki, koronavirus pandemiyası dövründə, Azərbaycanın 2020-ci il üzrə Ümumi Daxili Məhsulu 4.2 faiz, ölkəyə gələn turistlərin sayı isə 4 milyon nəfər azalıb. 

 

O bildirib ki, Azərbaycan pandemiya dövründə ölkə iqtisadiyyatında özəl sektora 2 milyard manat pul ayırıb. 

Şahmar Mövsümov Azərbaycan iqtisadiyyatında artımın proqnozlaşdırıldığını da deyib.

GÜNÜN MANŞETLERİ