Ayətullah Xamenei üçün dəfn mərasimi keçiriləcək

Ayətullah Xamenei üçün dəfn mərasimi keçiriləcək
Yayınlanma tarixi: 6/10/2026 10:00:36 AM

Şəhid Ayətullah Xamenei üçün dəfn mərasimi keçiriləcək.

İslamazeri.com xəbər verir ki, fevral ayında ABŞ və İsrail rejimi tərəfindən təşkil edilən terror hücumunda şəhid olan Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi Məhərrəm ayının ilk on günündən sonra keçiriləcək.

İranın ikinci İslam İnqilabının şəhid lideri Ayətullah Xamenei və onun ailəsinin digər üzvləri üçün vida, cənazə namazı və dəfn mərasimlərinə nəzarət etmək üçün yaradılan Ali Şura ikinci bəyanatını yayıb.

Bəyanatda qeyd olunub ki, mərasimin vaxtı və təfərrüatları ilə bağlı yerli və beynəlxalq mediada yayılan şayiələr etibarlı deyil.

Bəyanatda əlavə olaraq bildirilib ki, bu əsassız xəbərlər geniş ictimaiyyət arasında çaşqınlıq yaradır. Şəhid liderin İmam Hüseyn (ə) əzadarlığı ilə bağlı məlum mövqeyinə toxunan bəyanatda anım mərasimlərinin Məhərrəm ayının ilk on günündən sonra müvafiq rəsmi qurumlar və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələndirilərək keçiriləcəyi vurğulanıb.

Bəyanatda mərasimlərin dəqiq təfərrüatlarının uyğun vaxtda ictimaiyyətə açıqlanacağı bildirilib.

GÜNÜN MANŞETLERİ

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

6/17/2026 12:37:25 PM
Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı
DÜNYA / SİYASƏT

Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı

6/17/2026 12:24:14 PM
Livanda ölənlərin sayı 4000-ə yaxınlaşıb
DÜNYA / İSLAM DÜNYASI

Livanda ölənlərin sayı 4000-ə yaxınlaşıb

6/17/2026 11:41:10 AM
DYP piyadalara müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP piyadalara müraciət edib

6/17/2026 10:50:01 AM