Ayətullah Xamenei Peyğəmbərin (s) mövludu münasibətilə çox sayda məhkumu əfv edib

Ayətullah Xamenei Peyğəmbərin (s) mövludu münasibətilə çox sayda məhkumu əfv edib
Yayınlanma tarixi: 10/13/2022 1:44:32 PM

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Peyğəmbər (s) və Hz. İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə çox sayda məhbusu əfv edib.

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, Peyğəmbər (s) və Hz. İmam Cəfər Sadiqin (ə) mövludunun ildönümü münasibətilə hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan 1862 məhbusun amnistiyaya salınması, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı təklifi qəbul edib.

Qeyd edək ki, İran Ədliyyə Başçısı Qulam Hüseyn Möhsini Ejei İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə yazdığı məktubda lazımi şərtlərə cavab verən 1862 məhbusun cəzalarının yüngülləşdirilməsini və əfv edilməsini təklif edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM