Ayətullah Sistani BMT nümayəndə heyətini qəbul edib

Ayətullah Sistani BMT nümayəndə heyətini qəbul edib
Yayınlanma tarixi: 7.12.2022 16:22:04

İraqdakı şiə müsəlmanların böyük təqlid mərcəsi Ayətullah Seyid Əli Sistani Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətini qəbul edib.

İslamazeri.com xəbər verir ki, böyük mərcə Ayətullah Seyid Sistani Nəcəfdə (BMT) Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Moratinos və BMT-nin baş katibinin xüsusi nümayəndəsi, həmçinin BMT-nin İraqa yardım missiyasının rəhbəri Jeanine Antoinette Hennis-Plasschaerti qəbul edib.

BMT-nin Ali nümayəndəsi sivilizasiyalar arası diaoloqla bağlı planlar, ona əsaslanan prinsiplər və bu sahədə həyata keçirilən prosedurlar barədə izahat verib.

Ayətullah Sistani görüş zamanı dinc yanaşı yaşamaq mədəniyyətinin təşviqi, zorakılıq və nifrətin rədd edilməsi həmçinin müxtəlif dinlərin ardıcılları arasında hüquqlara diqqət və qarşılıqlı hörmət əsasında həmrəylik dəyərlərinin möhkəmləndirilməsi üçün səylərin ikiqat artırılmasının vacibliyini vurğulayıb.

Ayətullah Sistani daha sonra dünyanın bir çox yerlərində bir çox xalqların, etnik və sosial qrupların məruz qaldıqları faciələrdən danışıb. O əqli, dini repressiyalar və əsas azadlıqların boğulması və sosial ədalətin olmaması nəticəsində dünyanın bir çox ölkələrində faciələrin yaranmasına işarə edib.

Radikal təkfirçi hərəkatlardan danışan böyük mərcə, onların müdafiəsiz dinc əhaliyə qarşı zorakılıq tətbiq etməsi,  düşüncə və inanc baxımından onlardan fərqli olanların dini mərkəzlərinə, qədim yerlərə hücumlarını xatırladıb.

Həzrət Ayətullah Sistani bu rədd edilən və pislənilən durumun arxa planı ilə məşğul olmağın və müxtəlif cəmiyyətlərdə Allah istədiyi kimi insan ləyaqətinə layiq bir dərəcədə ədalət və sülhün əldə edilməsi üçün ciddi addımların atılmasının vacibliyini vurğulayıb.

Ayətullah Sistani BMT-nin bu sahədəki səylərini yüksək qiymətləndirərək salamlarını  Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə çatdırmağı xahiş edib.

Görüşdən sonra mətbuat konfransı təşkil edən BMT-nin ali nümayəndəsi Jeanine Antoinette Hennis-Plasschaert  Ayətullah Sistaninin İraqda bütün siniflərin və azlıqların dinc yanaşı yaşamasını vurğuladığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Migel Angel Moratinos isə Ayətullah Sistanini şiə cəmiyyəti və İslam dininin sütunu adlandırıb.

Migel Angel Moratinos bildirib: “Onunla görüşməkdən çox qürur duyduq. O, qlobal dini liderdir. Bütün insanlar ona fəaliyyətinə, liderliyinə və dərrakəsinə görə hörmət edir. O, Təhlükəsizlik Şurasının təriflədiyi liderlərdəndir,  həmişə mötədilliyə və insanlığa dəstək olmağa çağıran lider olaraq tanınır.”.

GÜNÜN MANŞETLERİ