Ayətullah Ərafi Müvəqqəti Rəhbərlik Şurasına seçildi

Ayətullah Ərafi Müvəqqəti Rəhbərlik Şurasına seçildi
Yayınlanma tarixi: 3/1/2026 2:31:55 PM

Məsləhətlərin Müəyyənləşdirilməsi Şurasının sözçüsü, Ayətullah Ərafinin Müvəqqəti Rəhbərlik Şurasında Qəyyumlar Şurasının fəqih üzvü kimi təmsil olunacağını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Möhsün Dehnəvi "X" sosial şəbəkə hesabında yazıb:

"Konstitusiyanın 111-ci maddəsinə əsasən, yeni rəhbər təyin edilənədək; Prezident, Məhkəmə Hakimiyyətinin rəhbəri və Qəyyumlar Şurasının fəqihlərindən birindən ibarət Müvəqqəti Rəhbərlik Şurası yaradılır.

Məsləhətlərin Müəyyənləşdirilməsi Şurası, rəhbərlik fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün Ayətullah Ərafini şuraya üzv seçib ki, Ekspertlər Məclisi mümkün olan ən qısa zamanda daimi rəhbəri müəyyən etsin."

Bu o deməkdir ki, İranın Ali Dini Lideri seçilənə qədər Ayətullah Ərafi şura ilə birlikdə bu vəzifəni əvəz edəcək.

GÜNÜN MANŞETLERİ