Apple yeni HomePod üzərində çalışır

Apple yeni HomePod üzərində çalışır
Yayınlanma tarixi: 11.03.2023 11:25:26

Apple yeni HomePod üzərində çalışır.

Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən Apple şirkəti yeni HomePod üzərində çalışır və o, aktual olan HomePod modellərindən tamamilə fərqlənəcək.

İslamazeri.com "Technote"yə istinadla xəbər verir ki, analitikin sözlərinə əsasən hazırlanan yeni HomePod modeli tamamilə yenilənmiş dizayn əldə edəcək.

Bundan əlavə olaraq o, 7 düym ölçüsündə ekranla təchiz olunacaq. Yeni HomePod üçün ekran istehsalı ilə Tianma adlı şirkət məşğul olacaq. Analitik qeyd edib ki, əgər Tianma şirkətinin HomePod üçün nəzərdə tutulmuş ekranları Apple şirkətinin gözləntilərini qarşılasa, o, şirkətin ekranlarını gələcək iPad modellərində də istifadə edəcək. Yeni HomePod barəsində digər bir məlumat hələ yoxdur. Çox güman ki, o, gələn il təqdim ediləcək.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18