Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.
İslamazeri.com-un AMB-yə istinadən verdiyi məlumata görə, uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6% , faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib. Bu, 2021-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə üçüncü qərarıdır.
Qeyd edək ki, oktyabr ayında AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, artan inflyasiyanı nəzərə alaraq, növbəti faiz qərarında uçot dərəcəsinin qaldırılması istisna deyil. "Fitch Ratings" reytinq agentliyi də uçot dərəcəsinin artırılmasını gözləyirdi.
Ölkədə yanvar-noyabrda ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1%-ə qədər sürətlənib.
Xatırladaq ki, dünyada artan inflyasiya fonunda bir çox mərkəzi banklar faiz dərəcələrini artırlar. Bu yaxınlarda Rusiya Mərkəzi Bankı və İngiltərə Bankı faiz dərəcələrini yüksəltdilər.